“Sabah”ın basketbolçusu Klavs Kavars FİBA Avropa Kubokunda yeni bir rekord qazanıb.
Sport-az.com xəbər verir ki, latviyalı oyunçu Yunanıstanda “Marussiya” ilə keçirilən və 71:82 hesabı ilə uduzduqları matçda bir qarşılaşmada 8 blok etməklə tarixə düşüb. Bununla da o, 2017-ci ildə Kervin Bristolinə (“Kataja Basket”) məxsus olan 7 bloklu rekordu yeniləyib.
Klavs Kavars həmin oyunda həm də 9 xal və 13 ribaundla yadda qalıb. Lakin onun bu uğuruna baxmayaraq, “Sabah” komandası turnirdə qrupdan çıxmaq şansını itirib.
Qeyd edək ki, “Sabah” indiyədək meydana çıxdığı 4 oyunun hamısında məğlub olub.



