Şahdağda Həvəskarlar üçün Heydər Əliyev Kuboku üzrə Xizək Yarışları Başladı

Azərbaycanın “Şahdağ” Turizm MərkəziAzərbaycan Qış İdman Növləri Federasiyasının təşkilatçılığı ilə həvəskarlar arasında Heydər Əliyev Kuboku üzrə xizək yarışları start götürüb.

Sport-Az xəbər verir ki, turnirin başlamasından əvvəl rəsmi açılış mərasimi keçirilib. Dövlət himninin səsləndirilməsindən sonra yarışlar rəsmi olaraq açıq elan edilib.

Bu xizək yarışlarında fərqli yaş kateqoriyalarından olan 50 uşaq birincilik uğrunda mübarizə aparır.

Məlumata görə, 2 fevral tarixində yarışlar böyüklər arasında davam edəcək və həvəskar xizəkçilər öz bacarıqlarını nümayiş etdirəcəklər.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni