More

    Şahmat üzrə Avropa çempionatı Monteneqroda start götürür

    Bu gün Monteneqronun Petrovaç şəhərində şahmat üzrə Avropa çempionatına start verilir.

    Sport-az.com-in məlumatına görə, Azərbaycan çempionatda 22 şahmatçı ilə təmsil olunacaq. Təmsilçilərimizin siyahısında Rauf Məmmədov, Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Vasif Durarbəyli, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Riad Səmədov, Namiq Quliyev, Xəzər Babazadə, Vüqar Manafov, Xaqan Əhməd, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Şiroğlan Talıbov, Orxan Abdulov, Allahverdi Həmidov, Şahin Vəliyev, Ümid Aslanov, Elcan Əbdülkərimli, Orxan Bağırov və Kamran Vəlizadə kimi güclü şahmatçılar yer alır.

    Avropa çempionatında ümumilikdə 395 şahmatçı, o cümlədən 125 qrossmeyster yarışacaq. Çempionatın nəticələrinə görə, dünya çempionatı üçün 20 yerin sahibi müəyyənləşəcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni