Şamaxı – Sumqayıt oyununda minimal qələbə

Azərbaycan Premyer Liqası çərçivəsində 22-ci tur matçında Şamaxı doğma meydanda Sumqayıt üzərində qələbə qazandı. Sport-Az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda baş tutan görüş ev sahiblərinin minimal üstünlüyü ilə yekunlaşdı – 1:0.

Oyunun yeganə qolunu 60-cı dəqiqədə Brahim Konate vurdu. Bu nəticədən sonra Şamaxı xallarını 20-yə çatdıraraq turnir cədvəlində 8-ci pilləyə yüksəldi. Sumqayıt isə 22 xal toplayaraq çempionatın 6-cı yerində qərarlaşıb.

Qeyd edək ki, turun son oyunu Bank Respublika Arenada Sabah və Turan Tovuz arasında keçiriləcək. Digər qarşılaşmalar 10 və 11 fevral tarixlərində baş tutacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni