“Səbail” futbol klubu baş məşqçi Cavid Hüseynovla əməkdaşlığı dayandırmaq qərarına gəldi. Klubun mətbuat xidməti bu barədə rəsmi açıqlama yayıb.
Cavid Hüseynov ötən ilin noyabr ayında komandaya baş məşqçi təyin olunmuşdu. Lakin komandanın uğursuz nəticələri rəhbərliyin onu istefaya göndərməsi ilə nəticələndi.
“Səbail”in yeni baş məşqçisi rəsmi olaraq açıqlandı
Azərbaycanın “Səbail” futbol klubunun yeni baş məşqçisi Elvin Məmmədov təyin edilib.
Elvin Məmmədov daha əvvəl 3 noyabr 2024-cü ildə istefa verən Şahin Diniyevin yerinə müvəqqəti olaraq komandaya rəhbərlik etmişdi. 12 noyabrda isə Cavid Hüseynov baş məşqçi vəzifəsinə gətirilmişdi.
İndi klub rəhbərliyi yenidən Elvin Məmmədova etimad göstərərək onu əsas məşqçi vəzifəsinə təsdiqləyib.