1-ci Liqanın lideri olan “Şəfa” klubu milli komandaların oyunları səbəbindən yaranan fasilə zamanı iki yoldaşlıq görüşü təşkil edəcək. Klubun baş məşqçisi Elgiz Kərəmli bildirib ki, noyabrın 13-ü Binə qəsəbə stadionunda 1-ci Liqanın digər təmsilçisi “Cəbrayıl” komandası ilə qarşılaşacaqlar.
Günün ikinci oyunu isə noyabrın 14-də Bakı Olimpiya Stadionunda (BOS) “Şəfa” ilə “Qarabağ”ın U-19 yığma komandası arasında baş tutacaq.
Cari mövsümdə “Şəfa” yeddi turdan altısında qələbə qazanıb, birində isə heç-heçə edib və 19 xalla turnir cədvəlinin lideridir. İkinci yerdə isə 17 xalla “Səbail” qərarlaşıb.



