Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə sürətli və blitz şahmat üzrə Avropa çempionatı start götürüb. Sport-az.com xəbər verir ki, turnirdə Azərbaycanı altı şahmatçı təmsil edir: Eltac Səfərli, Rauf Məmmədov, Mahammad Muradlı, Namiq Quliyev, Elnur Əliyev və Eldar Laçınov.
Bu gün keçirilən 6 turun nəticəsinə əsasən, Eltac Səfərli 5,5 xal toplayaraq 5-ci yerdə qərarlaşıb və liderdən yalnız əlavə göstəricilərə görə geri qalır. Muradlı 4,5 xalla 31-ci, Məmmədov 56-cı, Quliyev 4 xalla 63-cü, Əliyev 3 xalla 126-cı, Laçınov isə 3 xalla 234-cü sıradadır.
Ümumilikdə 10 dekabrda başa çatacaq bu turnirdə 400-dən çox şahmatçı iştirak edir.