Albaniyanın paytaxtı Tiranada kiçik yeniyetmələr arasında keçirilən Avropa birinciliyində Azərbaycan millisi uğurlu çıxış edərək 5 medal qazanıb.
Sport-az.com xəbər verir ki, taekvondoçularımızdan Esmanur Azayeva (36 kq) və Dərya Hüseynova (24 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu titulunu qazanıblar.
Finalda məğlub olan Şahin Abdullayev (48 kq) və Aliyə Məmmədli (+57 kq) gümüş medalla kifayətlənib. Yusif Zeynallı (52 kq) isə 3-cü yerə çıxaraq bürünc medal qazanıb.
Qeyd edək ki, yeniyetmə çempion Dərya Hüseynova, 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan Elbrus Hüseynovun qızıdır. Elbrus Hüseynov Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.