More

    Şəhriyar Məmmədyarov: “Biz Avropa çempionuna qalib gəlmişik”

    Azərbaycan şahmat millisinin aparıcı üzvü, qrossmeyster Şəhriyar Məmmədyarov Gürcüstanın Batumi şəhərində başa çatan Avropa Komandalar Çempionatının nəticələrini dəyərləndirib. Komandamız turniri ikinci pillədə başa vuraraq gümüş medal qazandıqdan sonra təcrübəli şahmatçı uğuru komandası üçün dəyərləndirib.​

    Məmmədyarov bildirib ki, Azərbaycan yığması yarışda son tura qədər birinci yer uğrunda əzmlə mübarizə aparıb:
    “Turnirin son mərhələsinə qədər çempionluq şansımız var idi. Ukrayna yığması çox stabil çıxış etdi, yalnız bizə məğlub oldu, qalan bütün rəqibləri üstələdi. Əslində, çempion komandaya biz qalib gəlmişik. Ona görə də bu nəticəni uğurlu hesab edirəm. Komanda yoldaşlarıma, federasiyaya və bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm”.​

    Azərbaycan qrossmeysteri həm də bildirib ki, komandanın ümumi çıxışı və idmançılarımızın şəxsi nailiyyətləri şahmatımızın yüksək səviyyədə olduğunun sübutudur:
    “Avropa çempionatlarında ən çox medal qazanan ölkə bizik. Qazanılan titullar və nailiyyətlərimizlə fərqlənirik. İnanıram ki, bu təcrübə gənc şahmatçıların inkişafına da təkan verəcək. Bir neçə ildən sonra biz bu uğurları onlara ötürəcəyik və onlar da ölkəmizi zirvədə təmsil edəcəklər.”

    Avropa Komandalar Çempionatında Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarovla yanaşı Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli çıxış edib. Milli komanda 13 xalla ikinci yeri tutaraq yalnız Ukraynaya cüzi fərqlə uduzub, Eltac Səfərli isə fərdi olaraq qızıl medal qazanıb.​

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni