“Şəki” komandası kapitanı ilə vidalaşdı

“Şəki” basketbol klubu zədə səbəbilə kapitan Kris Bartonla yollarını ayırmaq məcburiyyətində qalıb.

Sport-az xəbər verir ki, amerikalı oyunçu dekabrın 1-də “Gəncə” ilə keçirilən IV turun oyununda sağ ayaq topuğundan zədə alıb. Müalicə müddətinin uzun çəkəcəyi gözlənildiyindən, klub və Barton arasında qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Klub rəhbərliyi yeni kapitan vəzifəsini Aleks Koldvellə həvalə edib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni