“Şəki” liderliyini möhkəmləndirdi – “Lənkəran” play-in mərhələsində davam edəcək

Azərbaycan Basketbol Liqasında XX turun ilk qarşılaşması bu gün baş tutub. Sport-az xəbər verir ki, ABL-də müntəzəm mövsümün son turuna start verilib.

Turun açılış oyununda B qrupunun autsayderi “Lənkəran” doğma meydanda qrupun lideri “Şəki”ni qəbul edib. Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində keçirilib. Oyuna fəal başlayan meydan sahibləri ilk periodu 1 xal üstünlüklə tamamlasalar da, sonrakı hissələrdə təşəbbüsü əldən veriblər. Matç “Şəki”nin 29 xallıq üstünlüyü ilə başa çatıb – 107:78.

Bu nəticədən sonra “Şəki” qrup mərhələsini lider kimi başa vuraraq pley-offa vəsiqə qazanıb. “Lənkəran” isə mübarizəni play-in mərhələsində davam etdirəcək.

XX turun nəticəsi: 1 aprel, B qrupu
Lənkəran – Şəki 78:107
(23:22, 20:29, 22:32, 13:24)
Məkan: Lənkəran Olimpiya İdman Kompleksi

B qrupunda son vəziyyət:

MövqeKomandaOyunQələbəMəğlubiyyətXal
1Şəki2016436
2Gəncə1914533
3Ordu1912731
4Sumqayıt1981127
5Quba1951424
6Lənkəran2031723

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında XX turun oyunlarına 6 aprel tarixində yekun vurulacaq.


Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni