“Şelburn” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və “Şelburn” (İrlandiya) komandaları arasında keçiriləcək ilk oyunu idarə edəcək hakim heyətinin adları açıqlanıb.

Sport-az.com-un məlumatına görə, qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına həvalə olunub.

Matçın baş hakimi Ante Çulina olacaq. Ona Luka Puşiç və İvan Mihali yan xətt hakimləri kimi kömək edəcək. Dördüncü hakim funksiyasını Mateo Erceq yerinə yetirəcək.

VAR sistemi üzrə məsuliyyət Mario Zebecə, AVAR isə Tixomir Pejinə tapşırılıb.

Qarşılaşma iyulun 23-də, İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşən “Tolka Park” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Cavab görüşü isə iyulun 30-da, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq və saat 20:00-da başlayacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni