28 yaşlı niderlandlı qrossmeyster Aniş Giri Özbəkistanın Səmərqənd şəhərində keçirilən FİDE-nin açıq turniri — “Grand Swiss 2025″in qalibi olub. Sport-az.com-un məlumatına görə, Giri yarışın 11 turunda 8 xal toplayaraq birinci yeri tutub. O, həlledici son turda amerikalı Hans Niemanna qalib gəlib.
Bu nəticə sayəsində Aniş Giri “Namizədlər Turniri – 2025″ə vəsiqə əldə edib. Eyni zamanda, əlavə göstəricilərə əsasən ikinci yeri qazanan almaniyalı qrossmeyster Matias Blyubaum da turnirə qatılmaq hüququ qazanıb.
Azərbaycanı bu yarışda aşağıdakı şahmatçılar təmsil ediblər:
- Şəhriyar Məmmədyarov
- Rauf Məmmədov
- Aydın Süleymanlı
- Məhəmməd Muradlı
- Ülviyyə Fətəliyeva
- Gövhər Beydullayeva
- Xanım Balacayeva
Bununla yanaşı, digər şahmatçıların da “Namizədlər Turniri”nə çıxmaq şansı qalır. Qalan 3 vəsiqə Dünya Kuboku (31 oktyabr – 27 noyabr), biri “FİDE Circuit 2025” və digəri isə FİDE reytinqi vasitəsilə müəyyən ediləcək.
Turnirin ümumi mükafat fondu 855 000 ABŞ dolları təşkil edir.