“Fənərbağça” klubunun və Türkiyə milli komandasının keçmiş futbolçusu, hazırda şərhçi kimi fəaliyyət göstərən Semih Şentürk İspaniyanın Barselona şəhərində cibgir hücumuna məruz qalıb.
Barselona səfərində olan Şentürk, “Kamp Nou” stadionunun önündə həyat yoldaşı və dostları ilə birlikdə taksiyə minmək istərkən bir cibgirin hədəfi olub. Hücum zamanı cibgir Şentürkün çantasını oğurlamağa çalışsa da, o, müqavimət göstərərək çantasını qorumağı bacarıb. Lakin təəssüf ki, qolundakı saatı oğurlanmaqdan qurtara bilməyib.
Hadisədən dərhal sonra polis cinayətkarın yaxalanması üçün əməliyyatlara başlayıb.



