Oktyabrın 13-16-da Avropa Gimnastikasının (EG) Bədii Gimnastika Texniki Komitəsi tərəfindən Kiprin Larnaka şəhərində məşqçi kursları keçirilib.
Sport-az.com xəbər verir ki, Azərbaycan milli komandasının məşqçisi və Beynəlxalq Federasiyanın Atletlər Komissiyasının üzvü Siyana Vasilyeva bu kurslarda ekspert kimi iştirak edib.
Kursun mövzusu “Fərdi gimnastlar və qruplar üçün bədən texnikası və aparatlarının hazırlanması” olub. Vasilyeva bu mövzunu qrup komandalarının çıxışlarına, o cümlədən Olimpiya oyunlarında nümayiş olunan nümunələr əsasında izah edib.
Seminarda digər ekspert italiyalı mütəxəssis Giulietta Cantaluppi olub.