More

    Spa-Francorchamps trası Oskar Piastriyə tabe oldu

    Qran-pri gecikmə ilə başladı. Səbəb — yağış. Təbiət hadisəsi olan yağış təkcə yarışın startında gecikməyə səbəb olmadı, həm də keçirilən yarışların gedişatına ciddi təsir göstərə bilərdi.

    Lakin Qran-pri adi yarış çərçivəsindən kənara çıxmadı. Qələbəni gözlənildiyi kimi McLaren-in pilotu və ümumi sıralamada lider olan Oskar Piastri qazandı. İkinci yeri onun komanda yoldaşı və eyni zamanda ümumi sıralamada rəqibi Lando Norris tutdu.

    Üçüncü yer isə Şarl Leklerə qismət oldu və bununla da o, Ferrariyə Spa-Francorchamps-da ardıcıl dördüncü podiumu qazandırdı. Qeyd etmək lazımdır ki, Ferrari-nin digər pilotu Lüis Həmilton üçün bu yarış çox uğurlu alındı — o, startda 11 mövqe irəliləyərək “günün sürücüsü” seçildi.

    Ən sürətli dövrəni isə Mercedes-in pilotu Andrea Kimi Antonelli göstərdi.

    Formula 1
    Spa-Francorchamps, Belçika

    1. Oskar Piastri (McLaren)
    2. Lando Norris (McLaren)
    3. Şarl Lekler (Ferrari)
    4. Maks Ferstappen (Red Bull)
    5. Corc Rassell (Mercedes)
    6. Aleksandr Albon (Williams)
    7. Lüis Həmilton (Ferrari)
    8. Liam Lawson (Visa RB)
    9. Qabriel Bortoletto (Sauber)
    10. Pyer Qasli (Alpine)
    11. Oliver Berman (Haas)
    12. Niko Hülkenberq (Sauber)
    13. Yuki Tsunoda (Red Bull)
    14. Lens Stroll (Aston Martin)
    15. Esteban Okon (Haas)
    16. Andrea Kimi Antonelli (Mercedes)
    17. Fernando Alonso (Aston Martin)
    18. Karlos Sayns (Williams)
    19. Fernando Kolapinto (Alpine)
    20. İsak Hacar (Visa RB)

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni