Lissabonun “Sportinq” futbol klubu komandanın yeni baş məşqçisi vəzifəsinə portuqaliyalı mütəxəssis Rui Borjesin təyin edildiyini elan edib. Bu barədə Sport-Az “Çempionat” portalına istinadən məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl klub, baş məşqçi vəzifəsinə Ruben Amorimin “Mançester Yunayted”ə keçməsi səbəbindən təyin olunan Juao Pereyranın işdən azad edildiyini açıqlamışdı. Hazırda “Sportinq” Portuqaliya çempionatının turnir cədvəlində 37 xalla ikinci yerdə qərarlaşıb. Lider “Benfika”nın 38 xalı var. İlk üçlüyü “Portu” (37 xal) tamamlayır.
Növbəti turda “Sportinq” məhz “Benfika” ilə qarşılaşacaq. Matç 29-dan 30 dekabra keçən gecə Bakı vaxtı ilə saat 00:30-da başlayacaq.



