Azərbaycanın stolüstü tennis üzrə seçmə komandası böyüklər arasında keçiriləcək şəxsi Avropa çempionatında iştirak edəcək.
Sport-az xəbər verir ki, idmançılarımız bu məqsədlə Avstriyanın Lints şəhərinə yola düşüblər. Yarışa baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nihat Məmmədov və Hilal Həsənov qatılacaq və qələbə uğrunda mübarizə aparacaqlar.
Avropa çempionatı sabah başlayacaq və yarış oktyabrın 20-də yekunlaşacaq.