More

    Stolüstü tennisçilərin Riqa sınağı

    Bu gün Latviyanın paytaxtı Riqada stolüstü tennis üzrə “Riga City Council’s Youth Cup” beynəlxalq turnirinə start verilib.

    Sport-az.com-in verdiyi məlumata görə, Azərbaycan seçmə komandası bu turnirdə geniş heyətlə təmsil olunur.

    Baş məşqçi Fərhad İsmayılov və məşqçilər Mehman Səmədov, Rza Mirzəyev, Billurə Eminova və Məryəm İmanovanın rəhbərliyi altında Latviyaya 16 idmançı yollanıb. Komandamızın tərkibində Tahir Qubadov, Toğrul Məhəmmədov, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nigar Mahmudova U-19, Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova, Mələk Əhmədzadə, Xədicə Eylazova U-15, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı U-13, Mehri Aslanzadə və Əliəkbər Mirzəliyev isə U-11 yaş dərəcəsində mübarizə aparacaqlar.

    Qeyd edək ki, beynəlxalq yarış oktyabrın 27-də başa çatacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni