“Sumqayıt” futbol klubu baş məşqçi Vaqif Cavadovla müqavilənin müddətini uzatma qərarı verib.
Sport-Az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, klubun Müşahidə Şurasının növbəti iclasında 35 yaşlı mütəxəssislə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
“İclas iştirakçıları keçən il komandanın Vaqif Cavadovun rəhbərliyi altında qazandığı uğurları qeyd ediblər. Hazırda baş məşqçi vəzifəsini müvəqqəti icra edən mütəxəssisin işi qənaətbəxş hesab olunub. Şura onunla daimi müqavilə bağlamağı məqsədəuyğun hesab edib.
Nəticədə Vaqif Cavadov ‘Sumqayıt’ klubu ilə 2.5 illik müqavilə imzalayıb,” – deyə məlumatda bildirilib.