“Sumqayıt” “Roma” və “Bolonya”nın sabiq oyunçusu ilə transfer danışıqları aparır

Azərbaycan Premyer Liqasının təmsilçisi “Sumqayıt” klubu heyətini gücləndirmək üçün yeni transferə hazırlaşır.

Sport-az.com-un Sportal.az-a istinadən verdiyi xəbərə görə, İtaliyanın “Roma” və “Bolonya” klublarında oynayan rumın müdafiəçi Deyan Boldor “Sumqayıt”ın transfer hədəfləri sırasına daxil olub. “Kimyaçılar” 30 yaşlı mərkəz müdafiəçisi ilə danışıqları davam etdirir. Hazırda Macarıstanın “Qyör” klubunda çıxış edən Boldorun müqaviləsi 2026-cı ilin 30 iyununa qədər qüvvədə olsa da, onun “Sumqayıt”a keçidi yaxın günlərdə rəsmiləşə bilər.

Rumıniyanın U-21 yığmasının keçmiş üzvü olan Deyan Boldor zəngin karyerası ilə diqqət çəkir. O, karyerası ərzində aşağıdakı klublarda forma geyinib:

  • “Roma” (İtaliya)
  • “Bolonya” (İtaliya)
  • “Peskara” (İtaliya)
  • “Verona” (İtaliya)
  • “Monreal İmpakt” (Kanada)
  • “Partizani” (Albaniya)
  • “Foggia” (İtaliya)
  • “Argeş Piteşti” (Rumıniya)

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni