“Sumqayıt” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib. Komanda “Sabah” klubunun keçmiş oyunçusu Fuad Niftəliyevlə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Təcrübəli oyun qurucusu əvvəllər “Sabah” komandasında çıxış edib və komandanın heyətində iki dəfə Azərbaycan çempionu adını qazanıb. Mövsümün əvvəlində isə Fuad Niftəliyev “Naxçıvan” klubunun heyətində ilk iki matçda meydana çıxıb.
Bu transferlə “Sumqayıt” komandasının mövsüm ərzində oyun keyfiyyətini artırmaq və təcrübəli oyunçularla heyətini möhkəmləndirmək məqsədi güdülür.