Sumqayıt FK-nın baş məşqçisi Vaqif Cavadov, komandanın braziliyalı yarımmüdafiəçisi Fernando Medeirosu heyətdən uzaqlaşdırıb.
Sport-az.com xəbər verir ki, 28 yaşlı futbolçunun ehtiyat komandada oynamaqdan imtina etməsi bu qərara səbəb olub. Medeiros, xatırladaq ki, “Kimyaçılar”ın heyətinə bu ilin yayında qatılmışdı və 2025/26 mövsümünün sonuna qədər klubla müqaviləsi qüvvədədir. Lakin artıq bu qış transfer pəncərəsində Sumqayıtın legionerlə yollarını ayırmaq niyyətində olduğu bildirilir.



