More

    “Sumqayıt”ın son iki oyununda komandaya Vurğun Hüseynov rəhbərlik edəcək

    Azərbaycan Premyer Liqasının Misli turniri çərçivəsində “Sumqayıt” futbol klubunun son iki oyununda komandaya kimin rəhbərlik edəcəyi artıq bəlli olub. Sport-az.com xəbər verir ki, klubun müvəqqəti baş məşqçisi postuna Vurğun Hüseynov təyin edilib.

    Bu qərar Vaqif Cavadovla yolların ayrılmasından dərhal sonra verilib. Xatırladaq ki, bu gün “Sumqayıt” klubu 35 yaşlı mütəxəssislə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verildiyini elan edib.

    Komanda 35-ci turda “Turan Tovuz”la, 36-cı turda isə “Səbail”lə qarşılaşacaq. Hüseynov bu iki oyunda komandanın idarəsini üzərinə götürəcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni