Süni intellekt Çempionlar Liqasının qalibini açıqladı: əsas favorit bəlli oldu

Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında 2025/26 mövsümünün qalibi ilə bağlı yeni proqnoz açıqlanıb. Analitik platforma Opta 1/4 final mərhələsi ərəfəsində ehtimalları yeniləyərək favoritləri müəyyənləşdirib.

Turnirin bu mərhələsində Avropanın səkkiz güclü klubu mübarizə aparır. Onlar arasında İngiltərədən “Liverpul” və Arsenal, İspaniyadan “Real”, “Barselona” və “Atletiko”, Almaniyadan Bayern Munich, Fransadan Paris Saint-Germain və Portuqaliyadan “Sportinq” yer alır. Qeyd edək ki, PSJ turnirin son qalibidir.

Yarımfinal şansları və əsas favorit

Süni intellektin hesablamalarına görə, turnirin əsas favoriti məhz “Arsenal”dır. London təmsilçisinin kuboku qazanmaq ehtimalı 27.96% olaraq qiymətləndirilib. Komanda yarımfinala yüksəlmək üçün “Sportinq” səddini keçməlidir.

Opta-nın yarımfinal proqnozları belədir:

  • PSJ – “Liverpul”: 58.38% – 41.62%
  • “Real” Madrid – “Bavariya”: 37.03% – 62.97%
  • “Barselona” – “Atletiko”: 68.05% – 31.95%
  • Sportinq” – “Arsenal”: 21.88% – 78.12%

Bu nəticələr göstərir ki, bəzi cütlüklərdə aşkar favorit olsa da, digər qarşılaşmalarda mübarizə kifayət qədər gərgin gözlənilir.

Süni intellektin yekun proqnozuna əsasən, Çempionlar Liqasının qalibi olmaq ehtimalı ən yüksək olan komandalar belə sıralanır:

  • Arsenal – 27.96%
  • Bayern Munich – 20.88%
  • Barcelona – 17.39%
  • Paris Saint-Germain – 11.56%
  • Real Madrid – 8.97%
  • Liverpool – 6.52%
  • Atletico Madrid – 3.66%
  • Sporting – 3.06%

Bu proqnozlar 1/4 final oyunları öncəsi vəziyyəti əks etdirir və nəticələrdən asılı olaraq göstəricilər dəyişə bilər. Bununla belə, süni intellekt hazırda ən böyük şansı “Arsenal”a verir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni