More

    Tarixdə ən çox qazanan idmançı məlum oldu – nə Ronaldo, nə Messi ilk ikidə deyil

    Məşhur Sportico portalı idman tarixinin ən varlı idmançılarının siyahısını dərc edib. Reytinqin lideri gözlənildiyi kimi, NBA əfsanəsi Maykl Cordan oldu. Onun ümumi qazancı 3 milyard dolları keçib.

    İkinci yerdə amerikalı qolfçu Tayqer Vuds qərarlaşıb. Kriştianu Ronaldo isə 1.91 milyard dollar gəlirlə üçüncü pilləni tutub. O, bu rəqəmlə futbol dünyasında ən çox qazanan oyunçu olaraq qeydə alınıb.

    İlk beşlikdə daha iki dünya ulduzu yer alır:

    • 4-cü yer: “Leykers”in forvardı Lebron Ceyms – 1.49 milyard dollar
    • 5-ci yer: Futbol əfsanəsi Lionel Messi

    Siyahını bağlayan şəxs isə məğlubedilməz boksçu Floyd Meyvezer olub. Onun ümumi gəliri 1.15 milyard dollar təşkil edir.

    Ən çox qazanan 6 idmançı (Sportico reytinqi):

    1. Maykl Cordan (Basketbol) – 3 milyard $
    2. Tayqer Vuds (Qolf) – məbləğ dəqiqləşdirilməyib
    3. Kriştianu Ronaldo (Futbol) – 1.91 milyard $
    4. Lebron Ceyms (Basketbol) – 1.49 milyard $
    5. Lionel Messi (Futbol) – məbləğ açıqlanmayıb

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni