More

    Təyyarə sürətinə qarşı zəka gücü: Radjabov Ferrari komandasını Bakıda sınağa çəkdi

    Bakıda maraqlı və gözlənilməz görüş baş tutub. Azərbaycan şahmatçısı, qrossmeyster Teymur Rəcəbov Formula-1 ulduzlarını — yeddiqat dünya çempionu Lyuis Hemilton və Ferrari pilotu Şarl Lekleri şahmat lövhəsi arxasına dəvət edib.

    Rəcəbov sosial şəbəkədə paylaşdığı fotolarla bu görüşü izləyiciləri ilə bölüşüb. Ənənəvi zəka oyunu ilə sürət yarışının simvollarını birləşdirən bu tədbir həm şahmat, həm də Formula-1 azarkeşləri üçün xüsusi diqqət çəkib.

    Qrossmeyster qonaqlarına nadir hədiyyə təqdim edib — üzərində şahmat ornamentləri olan xüsusi hazırlanmış xalça. Bu jest azərbaycanlı qonaqpərvərliyinin və milli sənətkarlığın gözəl nümunəsi kimi dəyərləndirilib.

    Böyük yarış ərəfəsində

    Xatırladaq ki, Formula-1 Azərbaycan Qran-prisi 19-21 sentyabr tarixlərində Bakının şəhər trasında keçiriləcək. Dünyanın ən sürətli pilotları paytaxtda azarkeşlərin qarşısına çıxacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni