Respublika Velotrekində keçirilən trek velosipedi üzrə Azərbaycan çempionatında medallar sahiblərini tapıb. Yarışa ölkənin müxtəlif klublarından və cəmiyyətlərindən 50-yə yaxın yarışçı qatılıb.
Müsabiqə üç yaş kateqoriyası üzrə təşkil olunub. U-15 yaş qrupunda idmançılar 14 kilometr məsafədə mübarizə aparıblar. Bu yaş kateqoriyasında birinciliyi Timur Rəcəbov qazanıb, onu İslam Əliyev ikinci, İsmayıl Xankişiyev isə üçüncü yerdə izləyib.
U-17 yaş kateqoriyasında 18 kilometr yol qət edilərək yarış keçirilib. Burada Nihad Xudoyev, Çingiz İsayev və Cavid Baxşıyev ilk üçlüyü formalaşdırıblar.
Gənclər, U-23 və Elit kateqoriyalarında 24 kilometr məsafəyə çıxış edən idmançılar arasında isə Tural İsrafilov fərqlənib. Onu Rəhim Nağıyev və Camal İbrahimzadə yaxından izləyib və müvafiq olaraq gümüş və bürünc medala layiq görülüblər.
Azərbaycan Velosiped İdmanı Federasiyası qaliblərə medal və diplomlarla təltif edib, idmançılar yarışda göstərdikləri mübarizəyə görə təbrik olunublar.



