İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Trent Aleksander-Arnold komandanı tərk etdiyini rəsmən açıqlayıb. O, sosial media hesablarında azarkeşlərlə emosional şəkildə vidalaşıb.
“Bu şəhəri sevirəm”
Sport-az.com xəbər verir ki, futbolçu paylaşımında klubun çempionluq paradından fotolar yerləşdirərək yazıb: “Möhtəşəm vida! Ürəkdən təşəkkür edirəm! Bu şəhəri sevirəm!”
26 yaşlı müdafiəçi 2016-cı ildən “Liverpul”un əsas komandasında çıxış edir və bu müddətdə bir çox uğura imza atıb. O, klubla birlikdə İngiltərə Premyer Liqasının, Çempionlar Liqasının və digər nüfuzlu turnirlərin qalibi olub.
Karyerasını “Real”da davam etdirəcək
Aleksander-Arnoldun növbəti dayanacağı artıq məlumdur – futbolçu karyerasını Madridin “Real” klubunda davam etdirəcək. Transferin detalları yaxın günlərdə rəsmi olaraq açıqlanacaq.



