Trofe kimə qismət olacaq? KÇM-2025 finalında PSJ və Çelsi qarşılaşacaq

Futbol üzrə Klublararası Dünya Çempionatı 2025-in finalçıları müəyyənləşdi – PSJ və Çelsi həlledici qarşılaşmada üz-üzə gələcəklər. Yarımfinal oyunları 8 və 9 iyulda ABŞ-ın East Rutherford şəhərində yerləşən Meadowlands Stadionunda keçirildi.

9 iyul axşamı Fransa təmsilçisi PSJ, Real Madrid-i 4:0 hesabı ilə darmadağın edərək turnirin ikinci finalçısı oldu. Paris klubunun qollarını Fabián Ruys (2 qol), Usman Dembele və Qonsalu Ramuş vurdu.

8 iyulda, İngiltərənin Çelsi klubu Braziliyanın Fluminense komandasını 2:0 hesabı ilə məğlub edərək finala yüksəlmişdi. Hər iki qolu Joao Pedro vurub. Final qarşılaşması PSJ və Çelsi arasında 13 iyul saat 23:00-da East Rutherford şəhərində keçiriləcək.

Klublararası Dünya Çempionatı 2025 – Yarımfinal mərhələsi
Mekan: Meadowlands, East Rutherford (ABŞ)

🔹 8 iyul, 23:00
Fluminense (Braziliya) – Çelsi (İngiltərə)0:2
Qollar: Joao Pedro (18, 56)

🔹 9 iyul, 23:00
PSJ (Fransa) – Real Madrid (İspaniya)4:0
Qollar: Fabián Ruys (6, 24), Usman Dembele (9), Qonsalu Ramuş (87)

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni