More

    “Turan Tovuz” “Araz-Naxçıvan”ı məğlub edib

    “Turan Tovuz” Misli Premyer Liqasının XXIII turunda “Araz-Naxçıvan”ı məğlub edib. “daylinews-az.com”un məlumatına görə, Tovuz şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 47-ci dəqiqəsində “Araz-Naxçıvan” komandasının oyunçusu İqor Ribeyro qırmızı vərəqə alaraq meydanı tərk edib. Matçın 86-cı dəqiqəsində isə “Turan Tovuz”un futbolçusu Hayderson Hurtado yeganə və qalibiyyət gətirən qolu vurub. Bu qələbədən sonra “Araz-Naxçıvan” 44 xalla turnir cədvəlində ikinci pillədə qalıb, “Turan Tovuz” isə 39 xalla dördüncü pilləyə yüksəlib. Günün ikinci oyununda “Qarabağ” “Neftçi”nin qonağı olacaq. Ötən gün isə “Zirə” səfərdə “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib. Misli Premyer Liqasının XXIII turuna fevralın 17-də yekun vurulacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni