Türkiyə Kuboku: “Fənərbağça” və “Qalatasaray” derbisinin tarixi açıqlandı

Türkiyə futbolunun iki nəhəngi – “Fənərbağça” və “Qalatasaray” arasında baş tutacaq Türkiyə Kubokunun 1/4 final matçının tarixi müəyyənləşib.

Böyük derbi nə vaxt baş tutacaq?

Türkiyə Futbol Federasiyasının verdiyi açıqlamaya görə, Ülker Arenada oynanacaq bu həyəcanverici qarşılaşma 2 aprel tarixində, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. Mərhələ bir oyundan ibarət olacaq, cavab qarşılaşması keçirilməyəcək.

Türkiyə Kuboku – 1/4 final oyunları

1 aprel

  • 21:30 | “Konya” – “İskenderunspor”

2 aprel

  • 18:45 | “Trabzonspor” – “Bodrum”
  • 21:45 | “Fənərbağça” – “Qalatasaray”

3 aprel

  • 21:30 | “Beşiktaş” – “Göztepe”

Futbolsevərləri böyük derbi həyəcanı gözləyir. Türkiyə futbolunun iki ən güclü komandası yarımfinala çıxmaq üçün bir oyunda mübarizə aparacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni