Türkiyə Kubokunun finalı: “Qalatasaray” və “Trabzonspor” üz-üzə

2024/25 mövsümündə Türkiyə Kubokunun sahibi bu axşam müəyyən olunacaq. Final qarşılaşması “Qalatasaray” ilə “Trabzonspor” komandaları arasında keçiriləcək. 14 may tarixində oynanacaq həlledici matç Gaziantəp Stadionunda təşkil olunacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:45-də veriləcək. Oyunun baş hakimi isə Cinah Aydın olacaq.

“Trabzonspor” revanş üçün meydana çıxır

Keçən il finalda “Beşiktaş”a 2:3 hesabı ilə məğlub olan “Trabzonspor” bu dəfə uğursuzluğu unutturmaq və azarkeşlərini sevindirmək istəyir. Karadeniz təmsilçisi tarixində 10-cu dəfə kubokun qalibi olmaq üçün mübarizə aparacaq. Qeyd edək ki, klub son dəfə bu uğura 2019/20 mövsümündə imza atmışdı.

“Qalatasaray” 19-cu kubokuna yaxın

Digər tərəfdə isə “Qalatasaray” altı illik fasilədən sonra finala yüksəlib. Son dəfə 2019-cu ildə “Akhisarspor” üzərində qələbə ilə kuboka sahib çıxan İstanbul nəhəngi bu uğuru təkrarlamağı hədəfləyir. “Sarı-qırmızılılar” bu gecə 19-cu Türkiyə Kuboku uğrunda meydanda olacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni