More

    Türkiyə Super Liqasının 7 klubundan rəsmilər saxlanıldı

    İstanbul Prokurorluğu Türkiyə futbolunda saxta oyunlar və qanunsuz mərclərlə bağlı genişmiqyaslı əməliyyat keçirib. Aparılan istintaq çərçivəsində ümumilikdə 32 nəfər saxlanılıb. Onların arasında Türkiyə Super Liqasının bir neçə klubunun rəhbər şəxsləri də var.

    Məlumata görə, saxlanılanlar Göztepe, Konyaspor, Alanyaspor, Antalyaspor, Kocaelispor, Genclerbirliği və Sivasspor klubları ilə əlaqəli şəxslərdir. Bu məlumatı Hürriyet Daily News yayımlayıb.

    Türkiyə polisi şübhəlilərin tutulması üçün eyni vaxtda 10 müxtəlif vilayətdə xüsusi reydlər keçirib. Hazırda daha bir şübhəlinin axtarışları davam edir. İstintaqın saxta matçlar və qeyri-qanuni mərc şəbəkələri ilə bağlı olduğu bildirilib.

    Son illər Türkiyə futbolunda baş verən bu tip hadisələrə görə cəzalar kəskinləşdirilib. Qeyd olunur ki, bundan əvvəl ölkədə 1000-dən çox futbolçu149 hakim belə pozuntulara görə diskvalifikasiya edilmişdi. Hazırkı istintaq Türkiyə futbolunda korrupsiyaya qarşı mübarizənin davam etdiyini göstərir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni