Tyerri Anri “Qarabağ”a güvənir – Əfsanə futbolçudan ÇL proqnozu

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində səfərdə “Benfika” ilə qarşılaşacaq. Sport-az.com-un məlumatına görə, “Arsenal” və “Barselona”nın keçmiş ulduzu Tyerri Anri qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb.

Fransalı əfsanə “CBS Sports” kanalında Çempionlar Liqasının xüsusi buraxılışında ekspert kimi çıxış edərək təmsilçimizin xal qazanmaq şansını yüksək qiymətləndirib: “Bu gün iki komandadan sürpriz gözləyirəm. Biri “Qarabağ”, digəri isə “Marsel”dir. Bu iki komandanın səfərdən 1 xalla qayıdacağını düşünürəm”.

Qeyd edək ki, həm “Benfika” – “Qarabağ”, həm də “Real Madrid” – “Marsel” görüşləri Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni