Avropa çempionatının seçmə mərhələsində çıxış edən Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət milli komandası bu gün ikinci rəsmi oyununu keçirəcək. Millimiz B Liqasının I qrupunda Kosovonun müvafiq yaş kateqoriyasına aid yığması ilə qarşılaşacaq.
Matç Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində, Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Oyun islandiyalı baş hakim Briet Braqadottir tərəfindən idarə olunacaq. Köməkçiləri isə Serbiyanın nümayəndəsi Ticana Krstiç və Moldovadan Ana Bahcivanyi olacaq. Dördüncü hakim funksiyasını Oleq Stoyanov yerinə yetirəcək.
Komandamız bu görüşdə uğur qazanmaq üçün meydana çıxacaq. Qarşılaşmanın nəticələri millimizin qrupdakı mövqeyi üçün xüsusi əhəmiyyət daşıyır.



