U-18 qızlardan ibarət millimiz İslandiyanı məğlub etdi

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının B divizionunda növbəti qarşılaşmasını keçirib. Sport-az.com xəbər verir ki, millimiz dördüncü turda İslandiya yığması ilə üz-üzə gəlib və 86:79 hesabı ilə rəqibini məğlub edib.

Bu qələbə ilə komandamız turnirdə ikinci uğurunu əldə edib.

Millimizin nəticələri:

  • Bosniya və Herseqovina – qələbə (83:81)
  • Ukrayna – məğlubiyyət (65:78)
  • Litva – məğlubiyyət (31:82)
  • İslandiya – qələbə (86:79)

Yığmamız turnirdəki növbəti oyununu sabah Kosovo millisinə qarşı keçirəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni