Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət milli komandası Avropa çempionatının B divizionunda qrup mərhələsindəki son oyununu keçirib. Sport-az.com xəbər verir ki, yığmamız Kosovo komandası ilə qarşılaşıb və rəqibini 62:54 hesabı ilə məğlub edib. Bu nəticə ilə millimiz C qrupunu 3-cü yerdə başa vurub və növbəti mərhələdə 9-16-cı yerlər uğrunda mübarizə aparacaq.
Komandamızın qrup mərhələsindəki nəticələri:
- Bosniya və Herseqovina – 83:81
- Ukrayna – 65:78
- Litva – 31:82
- İslandiya – 86:79
- Kosovo – 62:54
Komandamız qrup mərhələsində ümumilikdə 3 qələbə və 2 məğlubiyyətlə çıxış edib.



