UEFA Avropa Liqası: “Sabah”ın rəqibi bu gün müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsi üçün püşkatma mərasimi keçiriləcək. Turnirin bu mərhələsində Azərbaycanı təmsil edən “Sabah” klubunun rəqibi də bu tədbirdə bəlli olacaq. Sport-az.com xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

“Sabah” səpələnməmişlər səbətindədir

Püşkatmada “Sabah” səpələnməmişlər səbətində yer alacaq və aşağıdakı klublardan biri ilə qarşılaşa bilər:

  • “Hapoel Beer Şeva” (İsrail)
  • “Şaxtyor Donetsk” (Ukrayna)
  • “Partizan” (Serbiya)
  • “Legiya” (Polşa)
  • ÇFR (Rumıniya)
  • “Spartak Trnava” (Slovakiya)
  • “Tselye” (Sloveniya)
  • “Şerif” (Moldova)
  • “İlves” (Finlandiya)

Oyun tarixləri:

  • İlk qarşılaşma: 10 iyul
  • Cavab oyunu: 17 iyul

“Sabah”ın tarixində ilk dəfə UEFA Avropa Liqasında çıxış edəcəyi bu mərhələ böyük maraq doğurur.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni