UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycanın 9 klubuna maliyyə dəstəyi göstərib. “Qarabağ” klubu istisna olmaqla, ölkənin digər təmsilçilərinə AFFA-nın vasitəçiliyi ilə ümumilikdə 1 milyon 279 min avro köçürülüb.
2024/2025 mövsümünə aid olan bu ödəniş proqramı çərçivəsində aşağıdakı klubların hər biri 142 min 111 avro alıb:
- Neftçi
- Səbail
- Qəbələ
- Sumqayıt
- Sabah
- Araz-Naxçıvan
- Zirə
- Turan Tovuz
- Kəpəz
Bu vəsait UEFA-nın uşaq futbolunun inkişafı və klub infrastrukturunun dəstəklənməsi məqsədilə ayrılıb.



