Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları start götürür. Sport-Az xəbər verir ki, ilk oyun günündə “Barselona” doğma meydanda “Benfika”nı qəbul edəcək. Görüş Bakı vaxtı ilə 21:45-də başlayacaq.
Daha sonra, gecə yarısı üç qarşılaşma baş tutacaq. “Bayer Leverkuzen” “Bavariya” ilə, “İnter” “Feyenoord” ilə, “Liverpul” isə PSJ ilə üz-üzə gələcək. Qeyd edək ki, 1/8 final mərhələsi 13 martda başa çatacaq.
UEFA Çempionlar Liqası – 1/8 final mərhələsi
11 mart
- 21:45 “Barselona” – “Benfika”
12 mart
- 00:00 “Bayer” – “Bavariya”
- 00:00 “İnter” – “Feyenoord”
- 00:00 “Liverpul” – PSJ