UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Şelburn” (İrlandiya) qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən satışa təqdim olunacaq.
Sport-az.com-un məlumatına görə, görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Biletlərin qiymətləri müxtəlif sektorlar üzrə aşağıdakı kimi müəyyən edilib:
– 5 manat
– 10 manat
– 20 manat
– 30 manat
– 75 manat
– 100 manat
VVIP C və VVIP D sektorlarına daxil olmaq və VIP Lounge imtiyazlarından faydalanmaq istəyən azarkeşlər üçün bilet qiyməti 300 manat təşkil edir.
Biletləri aşağıdakı məntəqələrdən əldə etmək mümkündür:
- iTicket.az saytında onlayn satış
- iTicket.az fiziki satış məntəqələri
- “Park Bulvar” ticarət mərkəzində yerləşən “Qarabağ” FK Fan-Şop
- Tofiq Bəhramov stadionunun kassaları



