UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsində “Qarabağ”ın qarşılaşacağı mümkün rəqiblərinin sayı artıb.
Sport-Az-a istinadən bildirilib ki, Gurban Gurbanovun komandası, Maltanın, Şimali Makedoniyanın və ya Albaniyanın çempionları ilə qarşılaşa bilər. Lakin hələlik hansı komandaların bu ölkələrdə çempion olacağı dəqiqləşməyib.
Qeyd edək ki, Çempionlar Liqasının birinci seçmə mərhələsinin püşkü 17 iyun tarixində atılacaq. İlk oyunlar 8-9 iyulda, cavab matçları isə 15-16 iyulda keçiriləcək.
UEFA Çempionlar Liqası
Birinci seçmə mərhələ
Seyməlilər:
- “Slovan” (Slovakiya)
- “Qarabağ” (Azərbaycan)
- “Ludoqorets” (Bolqarıstan)
- “Malmö” (İsveç)
- “Jalgiris” (Litva)
- “RFS” (Latviya)
- “Lincolns” (Cəbəllütariq)
- “Kuopio” (Finlandiya)
- TNS (Uels)
- “Drita” (Kosovo)
- “Breidablik” (İslandiya)
- Sloveniya çempionu
Seyməmişlər:
- “FKI Levadia” (Estoniya)
- “Dinamo” (Minsk, Belarusiya)
- “Kairat” (Qazaxıstan)
- “Differdanj 03” (Lüksemburq)
- “İberiya” (Gürcüstan)
- “Vikingur” (Farer adaları)
- “Shelbourne” (İrlandiya)
- “Virtus” (San-Marino)
- Malta çempionu
- Şimali Makedoniya çempionu
- Albaniya çempionu
Müəyyən edilməmişlər:
- “Linfield” (Şimali İrlandiya)
- “Buducnost” (Monteneqro)
- “İnter” (Andorra)
- Bosniya və Herseqovina çempionu
- Ermənistan çempionu
- Rumıniya çempionu
- Moldova çempionu



