UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilir

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab görüşlərinə başlanılır. Sport-az.comun məlumatına görə, ilk oyun günündə ümumilikdə 5 qarşılaşma baş tutacaq. Gərgin mübarizənin gözlənildiyi görüşlərdə aşağıdakı komandalar üz-üzə gələcək:

29 iyul – II təsnifat mərhələsinin oyunları:

  • Saat 19:00 – “Kayrat Almatı” – “KuPS”
  • Saat 22:00 – “Drita” – “Kopenhagen”
  • Saat 22:00 – “Dinamo Kiyv” – “Hamrun”
  • Saat 23:00 – “Srvena Zvezda” – “Linkoln”
  • Saat 23:00 – “Zrinski” – “Slovan Bratislava”

Qeyd edək ki, Azərbaycan təmsilçisi “Qarabağ” İrlandiyada baş tutan ilk oyunda “Şelburn” üzərində 3:0 hesablı inamlı qələbə qazanıb. Cavab görüşü iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni