Gələn mövsüm UEFA Çempionlar Liqasının əsas mərhələsində 36 komanda mübarizə aparacaq. Bu yerlərdən 29-u birbaşa, qalan 7-si isə yay aylarında keçiriləcək təsnifat mərhələsində müəyyən olunacaq. Sport-az.com xəbər verir ki, artıq 29 birbaşa vəsiqədən 20-si öz sahibini tapıb. Aşağıda həmin klubların siyahısını təqdim edirik.
UEFA Çempionlar Liqası 2025/26: Birbaşa vəsiqə qazanan komandalar
İngiltərə:
- Liverpool
İtaliya:
- Napoli
- Inter
- Atalanta
İspaniya:
- Barcelona
- Real Madrid
- Atlético Madrid
- Athletic Bilbao
Almaniya:
- Bayern München
- Bayer Leverkusen
- Eintracht Frankfurt
- Borussia Dortmund
Fransa:
- PSG
- Marseille
- Monaco
Niderland:
- PSV Eindhoven
- Ajax
Portuqaliya:
- Sporting
Çexiya:
- Slavia Praha
Yunanıstan:
- Olympiakos
Qalan 9 komanda da yaxın həftələrdə müəyyən olunacaq və təsnifat mərhələlərində 7 klub daha turnirin əsas mərhələsinə qoşulacaq.



