More

    UEFA Çempionlar Liqasının yeni formatına dəyişiklik edə bilər

    UEFA 2024/25 mövsümündən tətbiq edilən Çempionlar Liqasının yeni formatına bir sıra yeniliklər etməyi nəzərdən keçirir. Bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.

    Mənbənin bildirdiyinə görə, təşkilat pley-off mərhələsində əlavə vaxtın ləğvini müzakirə edir. Bu halda, heç-heçə ilə nəticələnən oyunlardan sonra dərhal penaltilər seriyasına keçmək mümkündür. Eyni zamanda, ümumi mərhələnin nəticələrinə əsasən ilk səkkizliyi təşkil edən komandaların cavab oyunlarını evdə keçirmək hüququ əldə etməsi də gündəmdədir.

    Xatırladaq ki, yeni formatda əvvəlki qrup mərhələsi ləğv olunub və əvəzində ümumi liqa mərhələsi tətbiq edilib. İştirakçıların sayı 32-dən 36-ya qaldırılıb. Hər komanda səkkiz fərqli rəqiblə oyun keçirir və yaranan yekun cədvəldə ilk səkkizliyə düşənlər birbaşa 1/8 finala vəsiqə qazanır. 9–24-cü yerləri tutan klublar isə pley-offun ilkin mərhələsində mübarizə aparır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni