UEFA Konfrans Liqası: “Araz-Naxçıvan” qapısında beş qol buraxdı

“Araz-Naxçıvan” komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsində iki oyunda ümumilikdə doqquz qol buraxıb. Sport-az.com xəbər verir ki, Naxçıvan təmsilçisi bu raundun cavab matçında Kiprdə “Omoniya” ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qolların siyahısı belədir:

  • 9-cu dəqiqə: Villi Semedo
  • 23-cü dəqiqə: Stevan Yovetiç
  • 30-cu dəqiqə: Evandro
  • 45+4-cü dəqiqə: Evandro
  • 79-cu dəqiqə: Mateuş Musialovski

Bakıdakı ilk matçda da 0:4 hesabı ilə uduzan “Araz-Naxçıvan” turnirdə mübarizəni dayandırıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni