Bu gün UEFA Konfrans Liqasının 2024/2025 mövsümündə çempion müəyyənləşəcək. Sport-az.com xəbər verir ki, mövsümün final qarşılaşmasında İspaniyanın “Betis” klubu ilə İngiltərənin “Çelsi” komandası üz-üzə gələcək.
Final oyunu barədə:
- Stadion: Polşanın Vroslav şəhərində yerləşən eyniadlı stadion
- Başlama saatı: Bakı vaxtı ilə 23:00
- Tarix: 28 may
İspaniya təmsilçisi “Betis” üçün bu, avrokuboklar tarixində ilk belə final olacaq. “Çelsi” isə təcrübəli komanda kimi növbəti beynəlxalq titulunu qazanmağa çalışacaq.



