UEFA-nın dəstəyi ilə Ağcabədidə məşqçi kurslarına start verildi

AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə Ağcabədi Olimpiya İdman Kompleksində D kateqoriyalı məşqçi kursları başladı.

Sport-az.com-in qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu kurslarda 20 nəfər iştirak edir.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun əhəmiyyəti haqqında məlumat verərək onlara uğurlar arzulayıblar. Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Fərrux İsmayılov iştirakçılara ilkin futbol bilikləri barədə məlumat veriblər.

Qeyd edək ki, məşqçi kursları 3 gün davam edəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni