UEFA “Qarabağ”ın rəqibi “Şelburn” klubunu cərimələdi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İrlandiyanın “Şelburn” klubuna intizam cəzası tətbiq edib.

Sport-az.comun UEFA-nın rəsmi saytına istinadla verdiyi məlumata görə, cəza səbəbi “Şelburn” azarkeşlərinin evdə keçirilən “Linfild”lə (Şimali İrlandiya) oyundan əvvəl ictimai keçidləri bağlaması olub. Sözügedən qarşılaşma ÇL-nin I təsnifat mərhələsi çərçivəsində baş tutmuş və İrlandiya klubu 1:0 hesabı ilə qalib gəlmişdi.

Bu hadisəyə görə UEFA “Şelburn” klubunu 4 000 avro məbləğində cərimələyib.

Komandalar arasında keçirilmiş cavab oyunu 1:1 hesablı heç-heçə ilə nəticələnib və “Şelburn” mərhələni adlayaraq “Qarabağ”la qarşılaşmaq hüququ qazanıb.

Xatırladaq ki, “Qarabağ” İrlandiyada baş tutan ilk görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edib. Cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni